Medianews.az
Luis Enrike PSJ-dən
119 baxış

Luis Enrike PSJ-dən gedir

Fransanın PSJ klubunda baş məşqçi dəyişikliyi gündəmə gələ bilər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın "Bild" nəşri ispaniyalı mütəxəssis Luis Enrikenin Paris təmsilçisinin ona təqdim etdiyi yeni müqavilə təklifini qəbul etmədiyini yazıb.

Məlumata əsasən, 53 yaşlı çalışdırıcı komandadan ayrılaraq karyerasında yeni çağırışlar axtarmaq niyyətindədir. Onun PSJ ilə hazırkı müqaviləsi isə 2027-ci il iyunun 30-dək qüvvədədir.

Xatırladaq ki, Luis Enrike 2023-cü ilin yayından etibarən Paris klubuna rəhbərlik edir. Bu müddət ərzində o, PSJ ilə iki dəfə Fransa çempionu olub, iki Fransa Kuboku, Fransa Superkuboku, UEFA Superkuboku, FIFA Qitələrarası Kuboku və UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Bizə qoşulun