Yanvarın 5-i Salyanda baş vermiş ağır qəzada həlak olan 3 nəfərin fotoları yayılıb.
Hadisə vaxtı taksi sürücüsü, Sabirabad rayonunun Muğangəncəli kənd sakini Coşqun Məmmədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobil eynimarkalı digər maşınla toqquşub.
Bildirilib ki, C.Məmmədov Moskvada yaşayan və Yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geridönüş üçün Bakı aeroportuna aparırmış. Həmin vaxt Vüqarın oğlu Tərlan İmanov da onları müşayiət edirmiş.
T.İmanov Sabirabadın Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş. (Qafqazinfo)


