Medianews.az
Almaniyanın gözlənilməz VİDASI:
94 baxış

Almaniyanın gözlənilməz VİDASI: "Biz artıq o komanda deyilik"

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman komandasının DÇ-2026-nın 1/16 finalında turnirlə sensasiyalı şəkildə vidalaşmasına münasibət bildirib.

Medianews.az verir ki, gənc mütəxəssis Almaniyanın artıq dünya elitasında olmadığını deyib və böyük məyusluq yaşadıqlarını vurğulayıb.

"Biz artıq birinci dərəcəli milli komandalar sırasına daxil deyilik. Pley-offun elə ilk mərhələsində mübarizəni dayandırmaq Almaniya futbolu üçün qətiyyən yetərli nəticə deyil. Biz ardıcıl üçüncü dəfədir ki, dünya çempionatlarında biabırçı şəkildə erkən vidalaşırıq. Çox məyusam", — deyə Naqelsman vurğulayıb.

Qeyd edək ki, iddialı heyətlə turnirə qatılan Almaniya millisi pley-offun ilk mərhələsindəcə uduzaraq azarkeşlərini növbəti dəfə şoka salıb.

Medianews.az

Bizə qoşulun