Mütəxəssislər bildirirlər ki, alma sirkəsi bəzi hallarda təmizlik üçün faydalı ola bilər, amma diqqətlə istifadə edilməlidir. Məhsul xoşagəlməz qoxuları aradan qaldırır, ləkələri yumşaldır və bəzi bakteriyaları azaldır.
Medianews.az xəbər verir ki, onların sözlərinə görə, alma sirkəsi tam dezinfeksiyaedici vasitə deyil. İstifadə zamanı mütləq su ilə qarışdırmaq tövsiyə olunur.
Təmizləmək üçün uyğundur:
- Şüşə və güzgülər
- Mikrodalğalı soba
- Kanalizasiya
- Paltarlar
- Unitaz
- Ev heyvanlarının qoxu buraxdığı xalça sahələri
Qətiyyən istifadə olunmamalıdır:
- Təbii daş səthlər (mərmər, qranit və s.)
- Taxta mebel və döşəmələr (xüsusilə qoruyucu örtüyü olmayan)
- Elektronika və ekranlar
Medianews.az