Medianews.az
Alla Puqaçovanın müsahibəsi sensasiya doğurub: milyonlarla baxış sayı toplamaqdadır
3,667 baxış

Alla Puqaçovanın müsahibəsi sensasiya doğurub: milyonlarla baxış sayı toplamaqdadır

SSRİ xalq artisti Alla Puqaçova böyük bir müsahibə verib. Müsahibə o qədər geniş rezonans doğurub ki, insanlar bütün sosial şəbəkə boyu onu müzakirə edirlər...

Müsahibəyə baxdıqca sovet rəhbəri Leonid Brejnev barədə deyilən bir anektodu xatırlayırdım. Təqribən belə idi: "50 ildən sonra "Brejnev kimdir?" soruşsalar cavab nə olacaq: "Alla Puqaçova epoxasında yaşamış xırda siyasətçi..."

Hər zarafatda gerçəkliyin payı var deyirlər.

Bu müsahibə o gerçəkliyi göstərir.

Alla Puqaçovanın bu müsahibəsi Rusiyanı tövbəyə çağıran bir mesajdır.

Müsahibə boyu Puqaçova müharibə barədə bir kəlmə demir, amma həm də Ukraynadakı mənasız müharibədən danışır, buna etiraz edir, bunun səbəbkarlarını lənətləyir.

Humanizmə, tövbəyə çağırmaq, bağışlamaq müharibə dəllallarının ən qorxduğu mesajdır...

Puqaçova bu müsahibə ilə Rusiyanın son 30 illik dövrünün "qapısı"nı bağlayır.

Onu dinlədikcə, insan ömrü göz önündən keçir, azadlığını və həqiqəti bir tikə çörəyə dəyişənlərin əzabını duyursan.

Puqaçova bütün günü onu efirdən söyən həmkarlarına bir kəlmə də artıq söz demir, onlar barədə elə hörmətlə danışır ki...

İsa Məsih misalı kimi...

Allanın "azadlıq, yoxsa təhlükəsizlik?" sualına cavabı yaddaqalandır: "Əlbəttə, azadlıq. Azad insan təhlükəsizliyini özü müəyyən edə bilir". Təqribən belə bir cavab.

Puqaçova müharibənin əleyhinə olduğunu çəkinmədən deyir... Bərbəzəkli təbliğatla deyil, gerçək həqiqətləri bilməyə çağırır...

"Həqiqətin əlindən hara qaçmaq olar ki?" - Alla sual edir.

Doğurdan da elədir.

Cəmi iki günə müsahibə milyonlarla baxış sayı toplayıb.

Xaqani Səfəroğlu,
jurnalist 

Bizə qoşulun