Medianews.az
Alla Puqaçova iki ürək
96 baxış

Alla Puqaçova iki ürək əməliyyatı keçirdi

Müğənni Alla Puqaçova iki ürək əməliyyatı keçirib.

76 yaşlı sənətçi təxminən altı ay əvvəl Avropada yerləşən xəstəxanalardan birinə aparılıb.

"Mash" nəşrinin məlumatına görə, əməliyyatlardan sonra müğənninin ağır iş rejiminə dözməkdə çətinlik çəkdiyi bildirilir. Onun nəfəs darlığı və sinə ağrılarından əziyyət çəkdiyi qeyd olunur.

Məlumata əsasən, səhhətindəki risklər səbəbindən Puqaçova artıq əvvəlki kimi çıxış edə bilmir. Həkimlərin ona sağlamlığını qorumağı və səhnə fəaliyyətini məhdudlaşdırmağı tövsiyə etdiyi bildirilir.

Eyni zamanda iddialara görə, sənətçi Taylandda 2 milyon dollar qarşılığında təklif olunan konsertdən və 500 min dollarlıq özəl tədbirdən imtina edib.

Qeyd edilir ki, Puqaçovanın ürək problemləri uzun illərdir davam edir və əvvəllər də ona bir neçə dəfə ürək stenti qoyulub.

Hazırda müğənninin vəziyyəti ilə bağlı rəsmi təsdiqlənmiş açıqlama verilməyib. Onun nümayəndəsi isə yayılan məlumatlarla bağlı konkret təsdiq olmadığını bildirib./milli.az/

Bizə qoşulun