Qastroenteroloq Yekaterina Kaşux alkoqola qarşı allergiyanın əlamətlərini açıqlayıb.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, spirtli içkilərə allergiya zamanı içkidən sonra üz və boyun nahiyəsində qızartı, dəri qaşınması və səpgilər yarana bilər. Bəzi hallarda dodaqların, göz qapaqlarının və hətta boğazın şişməsi müşahidə olunur.
Həkim əlavə edib ki, allergiya bəzən asqırma, öskürək, nəfəs darlığı, ürəkdöyünmə, başgicəllənmə, ürəkbulanma və həzm pozuntuları ilə də özünü göstərə bilər.
O, qeyd edib ki, alkoqola qarşı allergik reaksiyalar gözlənilməz ola bilər və hər yeni qəbul zamanı daha da ağırlaşa bilər.
Medianews.az