Mütəxəssislər bildirirlər ki, pişiklərin sahibinin yanında yatması sadəcə rahatlıq deyil, həm də güclü etibar və bağlılıq əlamətidir.
Medianews.az xəbər verir ki, baytarların sözlərinə görə, yuxu heyvanların ən həssas vəziyyətidir.
Buna görə də pişiklər yalnız özlərini təhlükəsiz hiss etdikləri insanların yanında yatırlar. Sahibin qoxusu, bədən istiliyi və sakit davranışı onların rahatlamasına kömək edir.
Pişiyin yatdığı yer də onun hissləri barədə məlumat verir. Ayaqlar arasında yatması özünü təhlükəsiz hiss etdiyini, sinə üzərində uzanması isə güclü emosional bağ qurduğunu göstərir. Əgər pişik sizə arxasını çevirərək yatırsa, bu da qorxu hiss etmədiyinin və sizə tam güvəndiyinin göstəricisi sayılır.
Mütəxəssislər qeyd edirlər ki, pişiklər gecə davranışlarını da diqqətlə qiymətləndirirlər. Daha sakit yatan və az hərəkət edən insanlar onlar üçün daha cəlbedici "yuxu tərəfdaşı" hesab olunur.
Zaman keçdikcə pişiyin seçimləri dəyişə bilər. Balaca pişik istiliyə görə bir ailə üzvünü seçə bildiyi halda, böyüdükdən sonra daha sakit həyat tərzi keçirən başqa bir şəxsin yanında yatmağa üstünlük verə bilər.
Medianews.az