Medianews.az
“Akasya Durağı”nın aktyorları arasında
127 baxış

“Akasya Durağı”nın aktyorları arasında QALMAQAL

Yenidən ekranlara qayıtmağa hazırlaşan “Akasya Durağı” serialının keçmiş aktyor heyətində qalmaqal yaşanıb.

Medianews.az xəbər verir ki, layihədə rol almış MələkBaykal və Ateş Fatih Uçan arasında qarşılıqlı ittihamlar səsləndirilib.

Serialda “Taksici Məlahət” obrazını canlandıran Mələk Baykal layihəni çox sevmədiyini və qısa müddət çalışdığını söyləyib. Buna cavab olaraq “Ali Kemal” obrazı ilə tanınan Ateş Fatih Uçan aktrisanın dublyaj tələbi səbəbindən narazılıq yarandığını iddia edib və sərt açıqlamalar verib.

Ateş Fatih Uçanın Mələk Baykalın serialdakı həmkarı Zeynəb Dörtkardeşlerə şillə vurduğu barədə səsləndirdiyi iddialar isə aktrisa tərəfindən təkzib olunub. Baykalın meneceri Selçuk Kaya bu məlumatların böhtan olduğunu bildirib və hüquqi prosesə başlanıldığını açıqlayıb. Qeyd olunub ki, iddialarla bağlı mənəvi təzminat da daxil olmaqla məhkəməyə müraciət ediləcək.

Zeynəb Dörtkardeşler də sosial şəbəkədə paylaşım edərək Mələk Baykala dəstək verib və ittihamların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Medianews.az

Bizə qoşulun