Medianews.az
Ağdərədə avtobus aşıb,
113 baxış

Ağdərədə avtobus aşıb, xeyli sayda yaralı var

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, rayon ərazisində avtobusun aşması nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar Ağdam və ətraf rayonlardan cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilir.

Hadisənin başvermə səbəbi, yaralıların dəqiq sayı və digər təfərrüatlar araşdırılır.

Bizə qoşulun