Medianews.az
Ağdamda maşınlar toqquşdu -
141 baxış

Ağdamda maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, qəza rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı, 10-LK-622 dövlət qeydiyyat nişanlı avtomobil qarşı istiqamətdən gələn “VAZ-2107” markalı, 90-FJ-958 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov və 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo.az

Bizə qoşulun