Medianews.az
Abşeronda açıq ərazi yanır
116 baxış

Abşeronda açıq ərazi yanır

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində açıq ərazidə məişət və təkər tullantıları yığılan sahədə yanğın baş verib.

Bu barədə Medianews.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək”, - deyə əlavə edilib.

Bizə qoşulun