Medianews.az
ABŞ polisi tərəfindən öldürülən qadının şəxsiyyəti
82 baxış

ABŞ polisi tərəfindən öldürülən qadının şəxsiyyəti MƏLUM OLDU

Minnesota ştatında ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən avtomobilində güllələnərək öldürülən qadının şəxsiyyəti açıqlanıb.

Medianews.az xəbər verir ki, məlumata görə, həyatını itirən 37 yaşlı qadın Renee Good olub.

Onun 6 yaşlı oğlu olduğu, sosial media hesabında isə özünü "Koloradodan olan şair, yazıçı, həyat yoldaşı, ana və dəhşətli gitara ifaçısı" kimi təsvir etdiyi müəyyən edilib. Hadisədən sonra avtomobilinin ön hissəsində uşağa aid oyuncaqlar da tapılıb.

ABŞ Daxili Təhlükəsizlik Departamenti qadının polis məmurunun üzərindən keçməyə çalışdığını iddia edib. Departamentin sözçüsü Trisia Maklaflin və Daxili Təhlükəsizlik Katibi Kristi Noem, qadının ICE zabitlərinə qarşı avtomobilini silah kimi istifadə etməyə çalışdığını bildirərək, atəşin "özünümüdafiə" məqsədilə açıldığını açıqlayıblar.

Minnesota qubernatoru Tim Waltz isə bu iddiaları təkzib edərək, qadının avtomobilindən silah kimi istifadə etmədiyini və yayılan məlumatlara inanılmamasını bildirib. Minneapolis meri Ceykob Frey isə ICE əməliyyatlarını sərt tənqid edərək, onların şəhərdə təhlükəsizlik təmin etmək məqsədilə olmadığını, əksinə xaos yaratdıqlarını vurğulayıb.

Medianews.az

Bizə qoşulun