Medianews.az
"NetBlocks": "İran 12 saatdır internetsizdir"
128 baxış

"NetBlocks": "İran 12 saatdır internetsizdir"

"İranda internet aktivliyi son 12 saat ərzində ən aşağı səviyyədə olub".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti olan "NetBlocks" məlumat yayıb.

"İran 12 saatdır ki, internetdən kənardadır və bağlantı normal səviyyənin təxminən 1%-nə enib", - deyə monitorinq xidmətinin məlumatında bildirilib.

Xəbərdə bildirilir ki, İran rəsmiləri internet bağlantılarının kəsiləcəyi ilə bağlı öncədən rəsmi elan verməyib.

Xatırladaq ki, dekabrın 29-dan etibarən Tehranda kütləvi etiraz aksiyaları başlayıb.

Bizə qoşulun