Medianews.az
İran ABŞ ilə danışıqlara hazırdır –
86 baxış

İran ABŞ ilə danışıqlara hazırdır – açıqlama

İran ABŞ ilə danışıqlara hazırdır və onlardan çəkinməyəcək”.

Medianews.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali Tehran və Vaşinqton arasında ölkənin nüvə proqramı ilə bağlı müzakirələrin perspektivlərini belə qiymətləndirərək deyib.

Diplomat bildirib ki, İranlılar heç vaxt qarşılıqlı maraq doğuran məsələlər üzrə ədalətli və balanslı razılaşmaya nail olmağa yönəlmiş həqiqi və ciddi danışıqlardan çəkinməyəcəklər.

O, əlavə edib ki, İran "dinc nüvə fəaliyyətlərini" davam etdirməyi planlaşdırır və Tehranın bu sahədəki strateji doktrinası əsasən "dini prinsiplərə, əxlaqi mülahizələrə və milli təhlükəsizlik mülahizələrinə" əsaslanır.

Medianews.az

Bizə qoşulun