Medianews.az
"Arsenal"ın futbolçusunun bu hərəkəti "Liverpul"la oyunda aranı qarışdırdı -
222 baxış

"Arsenal"ın futbolçusunun bu hərəkəti "Liverpul"la oyunda aranı qarışdırdı - VİDEO

İngiltərədə Premyer Liqanın 21-ci turu çərçivəsində keçirilən qarşılaşmada “Arsenal” öz meydanında “Liverpul”u qəbul edib.

Publika.az xəbər verir ki, görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Matçın sonlarında futbolçular arasında gərginlik yaşanıb. “Topçular”ın vingeri Qabriel Martinelli əvvəlcə zədə almış Konor Bredliyə top atıb, daha sonra isə rəqibini meydandan kənara itələməyə cəhd göstərib.

Görüşün baş hakimi Entoni Teylor epizodla bağlı Martinelliyə sarı vərəqə göstərib. Hadisənin nəticəsi olaraq İbraima Konate də xəbərdarlıq alıb.

Bizə qoşulun