Xalq artisti Röya Ayxanın oğlu Hüseyn Cəlilov dünyanın üç nüfuzlu ali təhsil müəssisəsinə qəbul olub.
Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Hüseynin Azərbaycanda təhsil aldığı kurslardan biri məlumat yayıb.
Qeyd edilib ki, Hüseyn Cəlilov beynəlxalq arenada böyük nailiyyət əldə edərək Hüquq ixtisası üzrə nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
Bu Ali təhsil ocaqlarından biri Liverpul şəhərində yerləşən "University of Liverpool"dur. Bu Böyük Britaniyanın aparıcı tədqiqat universitetlərindən biridir.
Digər univsersitet isə Birləşmiş Krallıqdakı "University of Essex"dir. Bu Ali təhsil ocağı isə Hüquq və sosial elmlər üzrə beynəlxalq səviyyədə tanınan, güclü akademik mühiti ilə seçilir.
Hüseyn Cəlilov qəbul olduğu üçüncü Ali təhsil müəssisəsi isə Dubaydakı "University of Wollongong in Dubai" universitetidir.