Medianews.az
Xarici media: ABŞ və Ukrayna Putindən
98 baxış

Xarici media: ABŞ və Ukrayna Putindən cavab gözləyir

ABŞ administrasiyası Ukrayna ilə sülh planının demək olar ki, bütün aspektləri üzrə razılığa gəlib və hazırda Rusiya Prezidenti Vladimir Putindən cavab gözləyir.

Medianews.az xəbər verir ki, bu barədə Axios öz mənbəyinə istinadən məlumat yayıb.

Danışıqlarda Amerika nümayəndələri Stiv Vitkoff və Cared Kuşner iştirak ediblər. Kiyev üçün təhlükəsizlik zəmanətləri və Donbasda mümkün ərazi güzəştləri müzakirə olunub.

Medianews.az

Bizə qoşulun