Braziliyalı ulduz futbolçu Neymar indiyədək təvazökar həyat tərzi ilə seçilən oyunçular sırasında yer almayıb. Lakin iki gün əvvəl onun sosial şəbəkədə paylaşdığı görüntülər geniş müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumata görə, Neymar şəxsi təyyarəsi, helikopteri və hətta xüsusi hazırlanmış "betmobile"ini nümayiş etdirərək paylaşımına "Xəyallar gerçəkləşə bilər" qeydi əlavə edib.
Qeyd olunur ki, futbolçunun nümayiş etdirdiyi bu dəbdəbəli nəqliyyat vasitələrinin ümumi dəyəri təxminən 60 milyon dollar təşkil edir.
