“ABŞ və Avropa arasında Qrenlandiya ilə bağlı gərginlik NATO-nun gələcəyini müəyyən edəcək”.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Maykl Rossi deyib.
O, Avropanın Danimarkanın ərazi bütövlüyü məsələsində yekdil olduğunu qeyd edib.
“ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mövqeyi kollektiv təhlükəsizlik bloku olan NATO üçün mühüm bir sınaqdır. Tramp Qrenlandiya haqda dediklərini həyata keçirməyə cəsarət edəcəkmi? Bax, aktual olan budur. NATO-nun taleyi, Avropanın nə dərəcədə güclü, varlığını qorumağa qadir olub-olmadığı məsələsi həll olunur”, - o deyib.
Medianews.az