Medianews.az
ABŞ ilə yenidən danışıqlar gündəmdə deyil -
90 baxış

ABŞ ilə yenidən danışıqlar gündəmdə deyil - İran XİN başçısı

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə yenidən danışıqların mümkün olmadığını bildirib.

Medianews.az BAKU.WS-ə istinadən xəbər verir ki, nazir Amerika mediasına açıqlamasında Vaşinqtonla yeni danışıqlar ehtimalını şərh edərək bildirib ki, bu məsələ hazırda gündəmdə deyil.

Onun sözlərinə görə, fevral ayında Tehran və Vaşinqton rəsmiləri arasında aparılan müzakirələr zamanı ABŞ tərəfi İrana hücum niyyətinin olmadığını bildirmişdi. Lakin buna baxmayaraq, daha sonra ölkəyə qarşı hücumlar həyata keçirilib.

Əraqçi qeyd edib ki, amerikalılarla danışıqlar təcrübəsi İran üçün çox acı olub və buna görə də yenidən belə bir prosesin başlanacağı ehtimalı azdır.

Nazir həmçinin ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları "tamamilə qanunsuz təcavüz aktı" adlandırıb. Onun sözlərinə görə, İran bu vəziyyətdə yalnız özünü müdafiə edir.

Əraqçi bildirib ki, ABŞ İrana hücum edəcəyi halda Tehran regiondakı Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək məcburiyyətində qala bilər. Bu isə münaqişənin bütün regiona yayılmasına səbəb ola bilər.

Bundan əlavə, nazir qeyd edib ki, neft tankerləri hazırda Hörmüz boğazından keçməkdən çəkinirlər. Bununla belə, İranın boğazı bağlamadığını və tanker hərəkətinə mane olmadığını vurğulayıb.

Bizə qoşulun