Medianews.az
Abakanda fövqəladə vəziyyət:
147 baxış

Abakanda fövqəladə vəziyyət: Minlərlə sakin istiliksiz qaldı

Rusiyanın Abakan şəhərində baş verən qəza nəticəsində minlərlə sakin istiliksiz qalıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, fevralın 12-də magistral boru kəmərində baş verən sızma səbəbindən şəhərin 62 çoxmənzilli binasına istilik verilişi dayandırılıb.

Hadisə ümumilikdə 14 min nəfərin yaşadığı əraziləri əhatə edir. Qəza nəticəsində iki uşaq bağçası və iki məktəb də istiliksiz qalıb.

Hazırda müvafiq qurumlar tərəfindən təmir-bərpa işləri aparılır və yaşayış binalarına, eləcə də sosial obyektlərə istiliyin yenidən verilməsi istiqamətində tədbirlər görülür.

Medianews.az

Bizə qoşulun