Medianews.az
7 il 11 aydır dollar yerində sayır
172 baxış

7 il 11 aydır dollar yerində sayır

Azərbaycan Mərkəzi Bankı 7 il 11 aydır ABŞ dollarının məzənnəsini sabit saxlayır.

Medianews.az bildirir ki, 2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə 1,7707 manata çatıb.

2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2016-2024-cü illərdə keçirdiyi valyuta hərraclarında 50,1 milyard ABŞ dolları məbləğində vəsait satıb. 2025-ci ilin üç rübündə analoji satış həcmi 4,3 milyard dollar göstərilib.

Medianews.az

Bizə qoşulun