Türkiyəli aktrisa Aslı Bekiroğlu növbəti dəfə cərrahiyyə əməliyyatı keçirib.
Medianews.az xəbər verir ki, daha əvvəl həkim səhvi nəticəsində sağlamlığında ciddi problemlər yaranan sənətçi artıq 7-ci dəfə əməliyyat masasına uzanıb.
Bildirilir ki, uşaqlıq mioması əməliyyatı zamanı bağırsağının zədələnməsi uzunmüddətli fəsadlara səbəb olub və bu müddətdə o, bir neçə dəfə əməliyyat olunmalı qalıb.
Aktrisa son vəziyyəti ilə bağlı xəstəxanadan sosial şəbəkədə paylaşım edərək, özünü yaxşı hiss etdiyini və ona göstərilən dəstəyə görə təşəkkür etdiyini bildirib.
Medianews.az
