Medianews.az
60 yaşlı sinqapurlu model görünüşü ilə sosial şəbəkədə GÜNDƏM OLDU -
148 baxış

60 yaşlı sinqapurlu model görünüşü ilə sosial şəbəkədə GÜNDƏM OLDU - FOTOLAR

Sinqapurlu model və sosial media fenomeni Çuando Tan 60 yaşı olmasına baxmayaraq gənc görünüşü ilə diqqətləri cəlb edib.

Medianews.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Tan model kimi tanındıqdan sonra moda fotoqrafiyası ilə məşğul olmağa başlayıb.

Sosial şəbəkələrdə aktiv olan model bu yaxınlarda 60 yaşını qeyd edib.

Şarlarla çəkilmiş doğum günü fotolarını paylaşan Tan bildirib ki, zaman insanın ən böyük sərvətidir və hər yeni gün üçün minnətdardır. O, paylaşımında dünyada sülh arzuladığını da qeyd edib.

Gənc görünüşü və atletik bədən quruluşu ilə diqqət çəkən modelin fotoları sosial mediada geniş müzakirə olunub. İstifadəçilər onun görüntüsünə “20 yaşında görünürsən”, “60 yaşında olduğuna inanmaq çətindir” kimi şərhlər yazıblar.

Medianews.az

 

 

Bizə qoşulun