Norveçdə 6 yaşlı məktəbli ekskursiya zamanı tarixi qılınc tapıb.
Medianews.az-ın məlumatına görə, araşdırma zamanı aydın olub ki, bu, təxminən 1300 illik qədim qılıncdır.
Bildirilib ki, şagirdin tapdığı silah Skandinaviyada Merovinqlər dövrünə aiddir. Tək ağızlı qılınc vikinq erasından əvvəlki dövrə aiddir.
Qılınc daha sonra Oslo Mədəniyyət Tarixi Muzeyinə aparılıb. Mütəxəssislər artefaktın ciddi korroziyaya uğradığını, lakin rentgen və metallurgiya analizləri vasitəsilə onun sirrlərinin araşdırılacağını açıqlayıblar.
Ekspertlərin fikrincə, qılınc yüksək statuslu döyüşçüyə və ya fermerə məxsus ola bilər.
Medianews.az