Rusiyada içərisində təxminən 500 nəfər olan hostel yanıb.
Medianews.az xəbər verir ki, hadisə Moskva vilayətinin Mıtişi şəhərində baş verib.
Bütün sakinlər vaxtında təxliyə edilib. Məlumata görə, hosteldə ümumilikdə 900 nəfərə yaxın insan yerləşə bilirdi.
Hadisəyə yüksək təhlükə dərəcəsi verilib. Yanğın söndürülüb, xəsarət alanlar isə tibbi yardım üçün xəstəxanaya yerləşdirilib.
Medianews.az