Medianews.az
25 il stajı olanlar pensiyaya
167 baxış

25 il stajı olanlar pensiyaya tez çıxacaq?

Azərbaycanda pensiya yaşı ilə bağlı məsələ vətəndaşlar arasında aktual olaraq qalmaqdadır. Xüsusilə uzun illər işləyən və müəyyən kapital toplayan şəxslər üçün erkən pensiyaya çıxmaq imkanları tez-tez müzakirə olunur.

Medianews.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericilik erkən pensiyaya çıxmağa imkan vermir

Onun sözlərinə görə, vətəndaşın 25 il və ya daha artıq iş stajının olması, eləcə də müəyyən kapital toplaması pensiya yaşından əvvəl pensiyaya çıxmaq üçün hüquqi əsas yaratmır.

Ekspert qeyd edib ki, qanunvericiliyə əsasən, vətəndaş yalnız müəyyən edilmiş yaş həddinə çatdıqdan sonra pensiya hüququ qazanır və bu hədd 65 yaşdır.

“Əgər erkən pensiya hüququ mövcud olsaydı, bu halda pensiya avtomatik şəkildə təyin edilərdi”, – deyə o vurğulayıb.

Beləliklə, hazırkı qaydalara görə, iş stajından və ya yığılan vəsaitin həcmindən asılı olmayaraq, vətəndaşların erkən pensiyaya çıxması mümkün deyil və əsas şərt kimi yaş meyarı qalır.

Bizə qoşulun