Medianews.az
“Vaşinqtonda memorandum və ya bəyanat imzalana bilər” - <span style=color:red>Politoloq
249 baxış

“Vaşinqtonda memorandum və ya bəyanat imzalana bilər” - Politoloq

“ABŞ, Azərbaycan və Ermənistan liderləri Vaşinqton görüşünün nəticəsi olaraq ortaq memoranduma və ya bəyanata imza ata bilərlər”. Politoloq Elxan Şahinoğlu bu fikirdədir. Medianews.az-a açıqlamasında E.Şahinoğlu deyib ki, həmin sənəddə tərəflərin bir daha bir-birilərinin ərazi bütövlüyünü tanıdığı, sülh sazişinin qısa müddətdə imzalanması və Zəngəzur dəhlizinin açılması vacibliyi vurğulana bilər. Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürməsi təklifinə razılşacağı hələ ki, çətindir: “Paşinyan İranın mühafizəkar, Rusiyanın şovinist, ölkəsindəki radikal dairələrin buna reaksiyasından ehtiyat edir. Ancaq Nikol Paşinyan Minsk Qrupundan imtinaya razılaşarsa və bu, memorandumda və ya ortaq bəyanatda yer alarsa, təkcə bunun özünü Vaşinqton görüşünün uğuru saymaq mümkün olacaq. O halda Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iki tələbindən birini yerinə yetirmiş olacaq, qalacaq Ermənistan Konstitusiyasında zəruri dəyişikliyi həyata keçirmək”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun