Medianews.az
Köpəkbalığı 7 yaşlı uşağın<span style=color:red> ayağını QOPARDI
176 baxış

Köpəkbalığı 7 yaşlı uşağın ayağını QOPARDI

Fransız Polineziyasında köpək balığı 7 yaşlı uşağa hücum edərək ayağını qoparıb. Medianews.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb. Yırtıcı oğlanın üstünə atılanda o, digər uşaqlarla suda oynayırdı. Köpəkbalığı onun əlini dişləri ilə tutub, sonra isə ayağından tutub dizinin bir az aşağısından qoparıb. Uşağın dostları xəsarət almayıb. Hadisə yerinə gələn xilasedicilər uşağa ilkin tibbi yardım göstərib, sonra xəstəxanaya çatdırıblar. Xilasedicilər ovlarını suya atan balıqçılara görə köpəkbalığının ərazidə peyda olduğunu irəli sürüblər. Bu, yırtıcı balıqları sahilə çəkə bilər. Fransız Polineziyasında köpəkbalığı hücumlarına nadir hallarda rast gəlinir. Onlar adətən nizə ilə balıq tutan və ya onları qidalandırmağa çalışan insanlara hücum edirlər, bu qadağandır. Medianews.az

Bizə qoşulun