Medianews.az
Azərbaycanda uşaqlara qoyulan qəribə adlar:<span style=color:red> Xosaxan, Qarakişi, Tarif...
314 baxış

Azərbaycanda uşaqlara qoyulan qəribə adlar: Xosaxan, Qarakişi, Tarif...

Son 6 ayda Azərbaycanda körpələrə qoyulan nadir və qəribə adlar məlum olub. Dağlar, Alay, Ayala, Xosaxan, Qəribəli, Tarif, Qarakişi adlar qoyan ailələr də olub. Nadir və qeyri-adi adlar uşaqların gələcək həyatına necə təsir edə bilər? Pisxoloji olaraq yan təsirləri ola bilərmi? Mövzu ilə bağlı Medianews.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, övladlara ad qoyulması tamamilə fərdi bir məsələdir. Onun sözlərinə görə, valideynlər ad seçərkən bəzən yaxınlarını itirdikləri üçün onların adlarını yaşatmaq istəyir, bəzən isə həyatda olan, hörmət bəslədikləri şəxslərin adlarını yeni doğulan uşaqlarına verirlər. Bu isə bir növ hörmət və ehtiram əlaməti kimi qəbul edilir. Psixoloq əlavə edib ki, bəzi hallarda valideynlər bu qərarı qarşılıqlı razılaşma əsasında qəbul etmirlər. Bir tərəf daha israrlı olur və öz istədiyi adı uşağa verir. Elə valideynlər də var ki, film qəhrəmanlarının, tarixi şəxsiyyətlərin adlarını seçir və ya sadəcə olaraq, təfəkkür səviyyələrinə uyğun "xüsusi" adlara üstünlük verirlər. Təəssüf ki, bu zaman adın uşağın gələcək həyatına təsiri nəzərə alınmır. G.Məmmədova qeyd edir ki, dilə uyğun gəlməyən, tələffüz zamanı gülünc səslənən və heç bir mənası olmayan adlar uşağın psixoloji inkişafına mənfi təsir göstərə bilər: “Uşaq bu adla çağırıldıqca natamamlıq kompleksi yaşaya bilər. Düzdür, zamanla bu ada uyğunlaşır, lakin hər dəfə səsləndikdə həmin ad onun üçün bir etiketə çevrilir və nəticədə utanma hissi ilə yanaşı, adını qoyan insanlara qarşı qınaq formalaşır.” Adın dəyişdirilməsi prosesi çətin olduğundan bir çox insanlar bu addımı atmaqda çətinlik çəkirlər. Psixoloq vurğulayır ki, yaş artdıqca, insanın mənlik şüuru formalaşdıqca, söz ehtiyatı artdıqca və uşaqlıqda qarşılaşdıqları lağlağı, məsxərə dolu çağırışlar yaddaşda qaldıqca bu adlar psixi zədə yarada bilər. “Ad insan həyatında mühüm rol oynayır. Ona görə də ad seçilərkən mənası, səslənişi və uşağın gələcək həyatı nəzərə alınmalıdır. İnsan öz adı ilə qürur duymalıdır. Ad ona müsbət emosiyalar bəxş etməlidir, yük yox,” – deyə psixoloq fikrini tamamlayıb. Oğuz Ayvaz, Medianews.az  

Bizə qoşulun