Medianews.az
“Real Madrid” Lukas Vaskeslə <span style=color:red>vidalaşır
131 baxış

“Real Madrid” Lukas Vaskeslə vidalaşır

İspaniyanın “Real Madrid” klubu 10 ildir formasını geyinən 34 yaşlı müdafiəçi Lukas Vaskeslə rəsmi şəkildə vidalaşacağını açıqlayıb. Medianews.az bildiri ki, klubdan verilən məlumata görə, sabah prezident Florentino Peresin də iştirakı ilə Vaskes üçün vida mərasimi keçiriləcək. “Real Madrid klubumuzun ən böyük əfsanələrindən olan Lukas Vaskesə minnətdarlıq və sevgilərini bildirmək istəyir,” — deyə açıqlamada qeyd olunub. Lukas Vaskes 2007-ci ildə, 16 yaşında olarkən “Real Madrid”in akademiyasına qoşulub və bütün yaş qruplarında çıxış edib. Bir mövsüm “Espanyol”da icarədə oynadıqdan sonra 2015-ci ilin sentyabrında “Real Madrid”in əsas komandasında debüt edib. O, Madrid təmsilçisində keçirdiyi 10 mövsüm ərzində ümumilikdə 402 matçda meydana çıxıb. Medianews.az

Bizə qoşulun