Medianews.az
Azərbaycanda neçə rəsmi gündəlik qəzet <span style=color:red>qaldı?
170 baxış

Azərbaycanda neçə rəsmi gündəlik qəzet qaldı?

Azərbaycanda rəsmi gündəlik qəzetlərin sayı azalır. Medianews.az bildirir ki, hazırda ölkədə 4 rəsmi gündəlik qəzet çıxır: “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakinski raboçi”. Bunlardan ən gənci “Respublika” qəzetidir: 1990-cı ildə yaradılıb. “Bakinski raboçi” 1906-cı ildən çıxır. “Azərbaycan” qəzetinin əsası 1918-ci ildə, “Xalq qəzeti”nin əsası 1919-cu ildə qoyulub. “Azərbaycan” qəzeti Milli Məclisin orqanıdır. Qalan üç rəsmi gündəlik qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektivləridir. 2025-ci il iyulun 11-də dövlət başçısı İlham Əliyev Prezidentin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısına dəyişiklik edilməsi haqda fərman imzalayıb. Fərmana əsasən, “Respublika” qəzeti və “Xalq qəzeti” “Xalq” qəzeti adı altında birləşdirilir, bu yeni nəşr məhdud məsuliyyətli cəmiyyətə çevrilir. Fərmanda “Bakinski raboçi” qəzetinin də məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi nəzərdə tutulur. Beləliklə, “Respublika” “Xalq”a birləşir. Bununla da ölkədə rəsmi gündəlik qəzetlərin sayı 4-dən 3-ə düşür. Toğrul Əli, Medianews.az

Bizə qoşulun