Medianews.az
Qatardan istifadə edənlərin <span style=color:red>NƏZƏRİNƏ: 10 iyuldan...
284 baxış

Qatardan istifadə edənlərin NƏZƏRİNƏ: 10 iyuldan...

"Azərbaycan Dəmir Yolları" QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçir. Medianews.az xəbər verir ki, bu haqda "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Xidməti məlumat verib. Məqsəd 2025/2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi, qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır. Bununla əlaqədar olaraq 10 iyul 2025-ci il tarixindən etibarən həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq. Qrafikdən çıxarılan reyslər Bakı-Sumqayıt-Pirşağı-Bakı xətti üzrə Sumqayıt stansiyasından saat 06:45, 10:35 və 11:30, Bakı Dəmiryol Vağzalından isə saat 09:30 və 10:30 reysləridir. Həmçinin Bakı-Xırdalan və Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqamətləri üzrə Bakı Dəmiryol Vağzalından saat 07:05, 07:45 və 18:35, Xırdalan stansiyasından 08:22, Sumqayıt vağzalından isə 06:15 reysləri müvəqqəti dayandırılır. Sahələrdə davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

Bizə qoşulun