Medianews.az
“Cənab Tramp, Putin sizin sülh cəhdlərinizə lağ edir” - <span style=color:red>Polşanın xarici işlər naziri
166 baxış

“Cənab Tramp, Putin sizin sülh cəhdlərinizə lağ edir” - Polşanın xarici işlər naziri

Polşanın xarici işlər naziri Radoslav Skorski ABŞ prezidenti Donald Trampı Ukraynaya “Patriot” zenit-raket kompleksi tədarükünü bərpa etməyə və Rusiyaya qarşı daha sərt sanksiyalar qoymağa çağırıb. Medianews.az-ın məlumatına görə, nazir iyulun 4-də “X” sosial şəbəkəsində yazıb: “Cənab Tramp, Putin sizin sülh cəhdlərinizə lağ edir. Ukraynaya zenit-raket kompleksinin tədarükünü bərpa edin və təcavüzkara qarşı yeni, daha sərt sanksiyalar tətbiq edin”. Skorskinin bu çağırışı Rusiyanın indiyədək Ukraynaya qarşı həyata keçirdiyi ən ağır hava hücumlarından birinin baş verdiyi vaxta təsadüf edir. Son hava zərbələri zamanı Polşanın Kiyevdəki səfirliyinin binası da zərər görüb. Medianews.az

Bizə qoşulun