03.07.2025, 07:55
236 baxış
Lamiyə
“Golden Beach” istirahət mərkəzində bədbəxt hadisə - ÖLƏN VAR
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Paylaş: