Medianews.az
100 illik problem: Qanunsuz tikililərə çıxarış veriləcəkmi? – <span style=color:red>Ekspertdən ÖNƏMLİ AÇIQLAMA
259 baxış

100 illik problem: Qanunsuz tikililərə çıxarış veriləcəkmi? – Ekspertdən ÖNƏMLİ AÇIQLAMA

Sənədsiz evlərlə bağlı problem uzun illərdir həllini tapmır. Bu məsələ hüquqi və sosial baxımdan minlərlə vətəndaş üçün ciddi narahatlıq doğurur və sənədləşmə prosesinin sürətləndirilməsi vacib hesab olunur. Bəs nəyə görə bu qədər ailə hələ də yaşadığı evə rəsmi çıxarış əldə edə bilmir? Medianews.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, uzun müddətdir qanunsuz tikililərin reallaşması ilə bağlı müzakirələr aparılır: “2019-cu ildən bu məsələ ilə bağlı mən də dəfələrlə çıxış etmişəm. İki il öncə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dövlət Əmlak Xidməti ilə Ədliyyə Nazirliyi birgə brifinq keçirdi. Həmin tədbirdə qeyd olundu ki, yaxın gələcəkdə dövlət portalı vasitəsilə bütün daşınmaz əmlak əməliyyatlarının rəqəmsal aparılması təmin ediləcək. Həmçinin portalda qeyri-qanuni tikililərin sənədləşdirilməsi üçün də şərait yaradılması nəzərdə tutulur.” Ekspertin sözlərinə görə, bu problem təkcə son dövrlərə deyil, təxminən son 100 ili əhatə edir: “Hətta Sovet dövründən bu yana müxtəlif formalarda qanunsuz daşınmaz əmlaklar meydana çıxıb. SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra da bəzi əmlaklar natamam və ya qeyri-qanuni sənədlərlə formalaşdırılıb. 2015-ci ildə Prezident tərəfindən imzalanmış fərmana əsasən, yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyata alma səlahiyyəti olan əmlaklarla bağlı hüquqi prosedurlar mümkündür.” Elnur Azadov qeyd edir ki, hazırkı qanunvericilik və normativ sənədlər sənədsiz tikililərin rəsmiləşdirilməsinə imkan vermir: “Yalnız ilkin sənəd mövcud olduqda qeydiyyatla bağlı iş aparmaq mümkündür. Amma ilkin sənədi olmayan tikililərin leqallaşdırılması üçün hüquqi baza yoxdur. Bu səbəbdən də məsələ uzun müddətdir həllini tapmır.” Ekspertin fikrincə, bu sahədə dəyişikliklər mümkündür: “Bu ilin sonuna qədər qanunvericilikdə müəyyən islahatların aparılması gözlənilir. Siyahının genişləndirilməsi, bəzi tikililərin ilkin sənəd əsasında qeydiyyata alınması istiqamətində müsbət addımlar atıla bilər.” Oğuz Ayvaz, Medianews.az

Bizə qoşulun