24.06.2025, 10:15
                
                
                  
                  306 baxış
                
                
                  
                  
                    Azad
                  
                                  
              Atəşkəs xəbəri neftin qiymətinə dərhal təsir etdi
 
                İsraillə İran arasında əldə olunmuş atəşkəs razılaşması dünya bazarlarında dərhal əks-səda verib.
Medianews.az-ın məlumatına görə, enerji bazarlarında çaxnaşma aradan qalxıb və neft ucuzlaşıb. Hazırda dünya bazarlarında neft qiymətləri İsrailin İrana hücumundan əvvəlki, yəni iyunun 13-nə qədərki səviyyəyə qayıdıb. “Brent” markalı neftin bir bareli indi təxminən 68-69 dollar civarında satılır.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82 dollarla başlayıb.
İyunun 13-də İsrail İrana qarşı hərbi əməliyyatlara başlayandan sonra dünya bazarlarında neft bahalaşmış, “Brent” markalı neftin bir barelinin qiyməti 81-82 dollara qalxmışdı. İyunun 20-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli dünya bazarlarında 82,58 dollara satılmışdı.
Medianews.az 
                              
              
              Paylaş: