Medianews.az
Neymarın atası oğlu ilə bağlı xəbəri <span style=color:red>TƏSDİQLƏDİ
125 baxış

Neymarın atası oğlu ilə bağlı xəbəri TƏSDİQLƏDİ

Neymarın atası oğlunun Avropaya qayıtmasını istisna etmir, Avropa klublarından braziliyalıya marağın hələ də qaldığını vurğulayır. Lent.aza bildirir ki, məlum olduğu kimi, futbolçunun atası həm də onun agentidir. Şərhində o qeyd edib ki, Neymar transfer bazarında diqqəti cəlb etməkdə davam edir. "Onun "Santos"da qalması üçün yaxşı şans var. Bunun üzərində işləyirəm. Bu, digər klublardan gələn təklifləri dəyərləndirməyimə mane olmur. Bazarda maraq görürəm. Bu həftə klublarla danışmaq üçün Mayamiyə gedirik. Onları dinləyib nə edəcəyimizə qərar verməliyik. Bəli, Avropa klubları var. Onların bəziləri Çempionlar Liqasındadır. Amma onlar da bilirlər ki, o, gözəl mövsüm keçirməyə qadirdir, ancaq Braziliya bazarı da maraqlıdır", - ata Neymar vurğulayıb.

Bizə qoşulun