Medianews.az
“İsrail durdurulmasa, bir gün Türkiyəni də vuracaq” - <span style=color:red>Politoloq
219 baxış

“İsrail durdurulmasa, bir gün Türkiyəni də vuracaq” - Politoloq

“İsrail İrana hücum etməklə bütün bölgəni sonu görünməyən qana boyadı”. Politoloq Aydın Quliyev Medianews.az-a açıqlamasında belə deyib. Politoloq əlavə edib: “İsrail durdurulmasa, bir gün Türkiyəni də vuracaq”. ABŞ dövlət katibi Marko Rubionun “Biz İsrailin İrana hücumunda yoxuq” sözlərinə inanmadığını vurğulayan A.Quliyev deyib: “Necə yəni yoxuq?!. Elə ABŞ Prezidenti Donald Trampın ən son bəyanatındakı “İsrailin hücumunu öncədən bilirdik” ifadəsinə fikir verin. Bu da Rubionun yalanına cavab...” A.Quliyev xatırladıb ki, artıq Türkiyə İsrailin təcavüzünə obyektiv qiymət verib, Ankara bu hadisəni “dünyaya təhdid” adlandırıb. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun