Medianews.az
“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reyslərini <span style=color:red>ləğv etdi
151 baxış

“AZAL”ın Təl-Əviv, Dubay və Tehran reyslərini ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib. Bu barədə Medianews.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən Bakı – Təl-Əviv – Bakı J2 021/022 (13 iyun) J2 321/322 (13 iyun) J2 021/022 (14 iyun) Bakı – Dubay – Bakı J2 011/012 (13 iyun) Bakı – Tehran – Bakı J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Bizə qoşulun