Yaponiyada 12-ci mərtəbədən yıxılan 29 yaşlı kişi gənc qadının ölümünə səbəb olub.
Medianews.az xəbər verir ki, faciə Naqoya şəhərində baş verib.
Məlumata görə, kişi yıxılaraq küçədə olan 23 yaşlı qadının üzərinə düşüb. Ağır xəsarət alan qadın kəskin qan itirməsi nəticəsində xəstəxanada vəfat edib.
Hadisə nəticəsində kişi də ağır xəsarətlər alıb. O, hazırda huşsuz vəziyyətdə xəstəxanada müalicə olunur. Faktla bağlı araşdırma aparılır.
Medianews.az