05.06.2025, 08:03
100 baxış
Lamiyə
Keçmişi xatırlayıb qadını stulla vurdu
Rusiyada 38 yaşlı kişi keçmişi xatırlayıb tanış olduğu qadını stulla vurub.
Medianews.az xəbər verir ki, hadisə Kostomukşada yaşayış mənzillərin birində baş verib.
Kişi qadınla içki içib. Bir anda cütlük keçmişi xatırlamağa başlayıb və mübahisə yaranıb.
Kişi özündən çıxaraq taxta stulu götürüb və qadının başına zərbə endirib. Məlumat polisə ötürülüb.
Cinayətkar barəsində cinayət işi açılıb.
Araşdırma aparılır. Kişini iki ilə qədər həbs gözləyir.
Medianews.az