21.05.2025, 12:50
194 baxış
Azad
Naxçıvan Konstitusiyasında dəyişikliklər: ikinci səsvermə də oldu
Mayın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanunu ikinci səsvermədə qəbul edib.
Medianews.az xatırladır ki, birinci səsvermə fevralın 20-də keçirilmişdi.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Milli Məclis konstitusiya qanunu ilə təsdiqlədikdə Ali Məclisin Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına etdiyi dəyişikliklər qüvvəyə minir.
21 may iclasına sədrlik edən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov deyib ki, Ali Məclisin qəbul etdiyi konstitusiyaya dəyişikliklər haqqında qanun imzalandıqdan sonra təsdiq olunmaq üçün Milli Məclisə göndəriləcək.
Medianews.az
[gallery columns="1" size="full" ids="828170,828171,828169"]
Paylaş: