Medianews.az
Hakimləri söyən Amit Quluzadəyə ağır cəza
76 baxış

Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb. Musavat.com xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. İntizam Komitəsi bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, 1-ci liqanın 26-cı turunun “Karvan”la oyunu bitdikdən sonra “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalandırılıb. Onun klubu isə 400 manat cərimə edilib. Qeyd edək ki, Amit Quluzadə ötən ildən “Qaradağ Lökbatan”ın baş məşqçisidir.

Bizə qoşulun