Medianews.az
Azərbaycanlı gənc Mayamidə öldü
84 baxış

Azərbaycanlı gənc Mayamidə öldü

Həmyerlimiz Ceyhun Sadibəyli ABŞ-də faciəvi şəkildə həyatını itirib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, istirahətə getdiyi Mayami şəhərində suda boğulub. Qeyd edək ki, C. Sadibəyli Bakı şəhəri Nəsimi rayonu 19 nömrəli tam orta məktəbi bitirib. 2017-ci ildə 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub. C.Sadibəyli son illər ABŞ-nin Boston şəhərində yaşayırmış.

Bizə qoşulun