"Barselona" qapıçı Voytsex Şesnıya yeni müqavilə təklif edib.
Publika.az xəbər verir ki, bu barədə klubunun prezidenti Xuan Laporta məlumat verib.
"Biz Şesnı ilə onun təcrübəsinə görə sözləşmə imzalamışdıq. İndi isə ona yeni müqavilə də təklif etdik. Ümid edirik ki, o, eyni formada davam edəcək", – deyə ispaniyalı funksioner bildirib.
Qeyd edək ki, polşalı qolkiper ötən ilin payızında karyerasını bərpa etmək məcburiyyətində qalıb. Buna səbəb əsas qapıçı Mark-Andre ter Ştegenin zədələnməsi və "Barselona"nın təcili qapıçıya ehtiyac duyması idi. Şesnı bu məsuliyyəti üzərinə götürərək, alman futbolçunun yoxluğunda katalon klubuna üç kubok qazanmağa kömək edib.