Medianews.az
Məşhur sənətçi illər sonra üzə çıxdı - <span style=color:red>VİDEO
61 baxış

Məşhur sənətçi illər sonra üzə çıxdı - VİDEO

Uzun müddətdir ekranlardan və ictimai həyatdan uzaq olan türkiyəli məşhur sənətçi Nilüfər yenidən kameralara tuş gəlib. Medianews.az xəbər verir ki, pop musiqisinin ustadlarından sayılan Nilüfər Nişantaşıda alış-veriş edərkən görüntülənib.

Müğənni bir müddət mağazaları dolaşıb və şık üslubu ilə diqqət çəkib. Kameraların onu izlədiyini görən Nilüfər, üzündə tibbi maska ilə ictimaiyyət arasına çıxması ilə də maraq doğurub. O, maska taxma səbəbini "Covid-19 dövründən qalan bir vərdiş" kimi izah edib, jurnalistlərin digər suallarını isə cavabsız qoyub.

Digər tərəfdən, Nilüfərin qarşıdan gələn Qurban bayramı çərçivəsində Bodrumda səhnəyə çıxacağı da məlum olub.

Nilüfər kimdir?

31 may 1955-ci ildə İstanbulda anadan olan Nilüfər, Türkiyə pop musiqisinin simvolik adlarından biridir. 1970-ci illərdə başladığı musiqi karyerası boyunca “Kalbim Bir Pusula”, “Mor Menekşe” və “Kartaneleri” kimi hitləri ilə geniş dinləyici kütləsi qazanıb. Güclü səsi, emosional ifaları və özünəməxsus tərzi ilə türk estradasının öncül qadın vokallarından biri olan Nilüfər, eyni zamanda sosial layihələrdə də aktiv iştirakı ilə də tanınır.

Onun musiqiyə verdiyi töhfələr və illərlə davam edən sənət fəaliyyəti onu Türkiyənin ən dəyərli sənətçilərindən birinə çevirib.

Usta sanatçı Nilüfer, Nişantaşı'nda kameralara yakalandı Usta sanatçı Nilüfer, Nişantaşı'nda kameralara yakalandı

Bizə qoşulun