Medianews.az
Səhvən həbsxanadan azad edildi, <span style=color:red> aradan çıxdı
105 baxış

Səhvən həbsxanadan azad edildi, aradan çıxdı

Fransanın Bordo şəhərinin səlahiyyətliləri səhvən bir məhbusu azad edib. Medianews.az xəbər verir ki, bu barədə Le Figaro qəzeti məlumat yayıb. Aprelin 30-da Qradignan həbsxanasından 10 il həbs cəzası çəkən bir şəxs başqa bir məhbusun əvəzinə azad edilib. Bazar ertəsi günü Bordo prokurorluğu həmin şəxsin hələ də həbs olunmadığını bildirib. Onu, Fransadan deportasiya ediləcək Mərakeşdən olan digər bir məhbusla səhv salıblar. Məlumata görə, onların adları çox oxşardır. Medianews.az

Bizə qoşulun