29.04.2025, 11:33
106 baxış
Lamiyə
Puqaçovanın nəvəsi adına görə yarışlara buraxılmayıb
Rusiyanın məşhur müğənnisi Alla Puqaçovanın nəvəsi adına görə musiqi yarışmalarına buraxılmır.
Medianews.az xəbər verir ki,
Qız Puqaçovanın qohumunun Vladın (bacısı və ya qardaşı oğlu) ailəsində doğulub və məşhur nənəsinin şərəfinə Alla adını alıb.
Müğənninin narkotik istifadəsi nəticəsində 29 yaşında əlil olan qohumunu qəyyumluq altına aldığı bildirilir. Ancaq Rusiyadan ayrıldıqdan sonra müğənni Vladın ailəsi ilə əlaqə saxlamayıb və hətta qızı ilə də tanış deyil.
"Adım və soyadıma görə bəzi müsabiqələrə qəbul olunmadım. Amma atam məni belə adlandırdı, soyadım da belədir", - müğənninin nəvəsi bildirib.
O, təşkilatçıların rədd cavabından üzüldüyünü də əlavə edib. Məlumdur ki, qız Moskvada musiqi məktəbində oxuyur və müğənni olmaq istəyir.
Medianews.az